• çərşənbə axşamı, 19 mart, 07:52
  • Baku Bakı 8°C

İraq hökuməti Kərkükdə hərbi qüvvə yerləşdirmək niyyətindədir

25.09.17 19:45 906
İraq hökuməti Kərkükdə hərbi qüvvə yerləşdirmək niyyətindədir
İraqhökuməti Kərkükdə hərbi qüvvə yerləşdirməyi planlaşdırır.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, hökumətin qərarına əsasənİraqKürdüstanının nəzarətində olan bütün sərhəd məntəqələrinin bağlanması və Kərkük neft yataqlarınınİraqın ixtiyarına verilməsi qərara alınıb. Rəsmi Bağdad Məsud Bərzaninin və yerli kürd muxtariyyətinin digər mənsublarının bank hesablarının izlənilməsinə qərar verib.
Qeyd edək ki, bü günİraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib.İraqhökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa vəBMTnümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.
Referendumun nəticələrinin 72 saat ərzində elan ediləcəyi bildirilir.
banner

Oxşar Xəbərlər