• cümə, 29 Mart, 12:54
  • Baku Bakı 14°C

İranlı xanım “Nobel mükafatı”na layiq görüldü

13.08.14 13:26 1152
İranlı xanım “Nobel mükafatı”na layiq görüldü
Standford Universitetinin İran əsilli professoru, xanım riyaziyyatçı Məryəm Mirzəxani Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən təsis olunan Filds Medalına layiq görülüb.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, 1936-cı ildə təsis olunan bu mükafatı indiyədək 56 nəfər alıb. M. Mirzəxani isə “Riyaziyyatçıların Nobel mükafatı” adlandırılan bu mükafata layiq görülən ilk qadın kimi tarixə düşüb.
İran əsilli riyaziyyatçı hazırda Kaliforniyadakı Stantford Universitetində çalışır.
O, universitetin rəsmi saytında “Bu mənim üçün böyük şərəfdir. Əminəm ki, növbəti illərdə bu mükafatın qalibləri sırasında xanımların sayı daha çox olacaq” yazıb.
Qeyd edək ki, mükafat hər dörd ildən bir təqdim olunur. Builki təqdimat mərasimi Cənubi Koreyanın paytaxtı Seulda keçirilib.
banner

Oxşar Xəbərlər