• cümə, 19 Aprel, 02:36
  • Baku Bakı 18°C

İranlı qonaq Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdi

11.08.14 09:20 1045
İranlı qonaq Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdi
Muzeydən APA-ya verilən xəbərə görə, muzeyin direktoru Gülbəniz Babaxanlı qonağa Hüseyn Cavidin həyat və yaradıcılığı, ev muzeyi və H. Cavidin oğlu Ərtoğrul Cavidin aşıq yaradıcılığına dair araşdırmaları haqqında məlumat verib.
G. Babaxanlı bildirib ki, Ərtoğrul Cavidin topladığı folklor nümunələri muzey tərəfindən toplanaraq sistemləşdirilib və “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” adı altında 10 cilddə nəşr etdirilib.
S. Şahbazi Əkbər Həmidi Əlyarın fars dilində nəşr etdirdiyi H. Cavidin “Peyğəmbər” əsərini və özünün müəllifi olduğun “İran aşıqları və ədəbiyyatı” kitabını muzeyə hədiyyə edib.
banner

Oxşar Xəbərlər