• şənbə, 20 Aprel, 12:41
  • Baku Bakı 23°C

İranlı nazir: Bəzi Qərb ölkələri insan hüquqlarını qorumaq adı altında digər dövlətlərin daxili işlərinə qarışır

16.12.17 21:00 2063
İranlı nazir: Bəzi Qərb ölkələri insan hüquqlarını qorumaq adı altında digər dövlətlərin daxili işlərinə qarışır
Bəzi Qərb ölkələri insan hüquqlarını qorumaq adı altında digər dövlətlərin daxili işlərinə qarışır, onlara necə yaşamağı öyrətməyə çalışırlar. Bu zaman heç bir milli xüsusiyyət və beynəlxalq hüquq normaları nəzərə alınmır.
Bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda insan hüquqlarına həsr olunmuş konfransda deyib.
Nazir bildirib ki, İran İslam ölkəsidir və İslam qanunlarına əsasən insan hüquqları ən ali səviyyədə qorunur. İnsan hüquqlarının qoruması İranın daxili siyasətinin prioritet istiqamətini təşkil edir. Xarici siyasətdə isə İran zəiflərin hüquqlarının müdafiəsini rəhbər tutur.

banner

Oxşar Xəbərlər