• cümə, 19 Aprel, 22:17
  • Baku Bakı 24°C

İranla sərhəd problemi həll edildi

15.11.13 15:21 1130
İranla sərhəd problemi həll edildi
Doqquz gündən bəri İran-Azərbaycan sərhədində davam edən gərginlik, bu gün günorta saatlarında öz həllini tapıb. Anspress-in verdiyi xəbərə görə, artıq Biləsuvar Sərhəd Keçid Məntəqəsində gözləməkdə olan yük avtomobilləri Biləsuvar-İran sərhədindən keçməklə Naxçıvana yola düşüblər.
Hazırkı saatlara olan məlumata görə, artıq 20-yə yaxın yük avtomobili İran sərhədindən keçib.
Sabahdan etibarən Biləsuvar sərhəd-keçid məntəqəsində həm İran, həm də Azərbaycan tərəfdən piyadalarla yanaşı minik və yük avtomobillərinin də gediş-gəlişinə icazə veriləcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrində minik və yük avtomobilləri üçün gediş-gəliş noyabrın 7-dən etibarən bağlamışdı. İki gün əvvəl isə sərhəd-keçid məntəqəsində piyadaların gediş-gəlişinə icazə verilmişdi.
Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən bağlamışdı. Bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığı bildirilirdi.
Noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.
banner

Oxşar Xəbərlər