• cümə, 29 Mart, 17:39
  • Baku Bakı 14°C

İranla nüvə danışıqları nəticəsiz başa çatdı

28.09.13 09:37 1077
İranla nüvə danışıqları nəticəsiz başa çatdı
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüş Vyanada AEBA-nın mənzil-qərargahında baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin agentlikdəki yeni daimi nümayəndəsi, səfir Rza Nəcəfi, qarşı tərəfə isə AEBA icraçı direktorunun müavini Herman Nakarets rəhbərlik edib. Ancaq tərəflər arasında görüş yenə nəticəsiz başa çatıb. Danışıqların detalları barədə ətraflı məlumat verilməyib. AEBA-nın icraçı direktoru yalnız görüşün müsbət atmosferdə keçdiyini və tərəflər arasında razılığın əldə olunduğunu bildirib. H. Nakarets danışıqları xeyli konstruktiv adlandırıb.
İranın AEBA-dakı daimi nümayəndəsi isə tərəflər arasında görüşün məqsədinin ən qısa zamanda razılığın əldə edilməsi olduğunu vurğulayıb.
Qeyd edək ki, indiyədək İranla agentlik arasında aparılmış danışıqlar nəticəsiz başa çatıb və heç bir razılıq əldə olunmayıb. Tərəflər arasında əsas mübahisəli məsələlərdən biri Parçin hərbi sənaye kompleksidir.
banner

Oxşar Xəbərlər