AZE | RUS | ENG |

İranın uran istehsalı dörd dəfə artıb

İranın uran istehsalı dörd dəfə artıb
İranın uran istehsalı 300 kiloqramı keçəcək.
Trend-in məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Ərak Ağır Su Kompleksində jurnalistlərə verdiyi açıqlamada deyib.
B.Kamalvəndinin sözlərinə görə, uran istehsalının 300 kiloqramdan keçməsi üçün geri sayım başlayıb: "Bu gündən 10 gün müddətinə (27 iyunadək) İranın uran istehsalı 300 kiloqramı keçəcək. Dövlət tərəfindən elan olunan kimi, zənginləşdirmə daha sürətlə davam etdiriləcək. İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına əsasən 1-ci mərhələdə iki addım yerinə yetirilməkdədir”.
Təşkilat rəsmisi bildirib ki, növbəti mərhələ (uranın 3,7% ölçüsündə zənginləşdirilməsi) 1-2 gün ərzində icra olunacaq: "Avropa ölkələri üçün Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq önəmlidirsə, onlar öz səylərini göstərməlidirlər və İranın addımları tamamilə bu plan çərçivəsindədir”.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il 8 mayda nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
İran 2019-cu il 8 mayda Hərtərəfli Birgə Fəaliyyət Planındakı zənginləşdirilmiş uranın satışı ilə bağlı öhdəliyinin icrasını dayandırdığını bəyan edib və qeyd olunan sazişin üzvlərinə uranın zənginləşdirilməsi ilə bağlı 60 gün müddətinə vaxt verib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989