• cümə axşamı, 09 may, 02:50
  • Baku Bakı 15°C

İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi

11.11.19 17:15 1228
İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi
Yeni kəşf olunan neft yatağı İranın tarixində ikinci ən böyük neft yatağıdır.
Bunu İranın neft naziri Bijən Zəngənə yeni neft yatağının aşkarlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
B.Zəngənənin sözlərinə görə, qeyd olunan neft yatağı İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Bostan və Omidiyyə şəhərləri arasında Namavəran neft yatağındadır. O, əlavə edib ki, bu yatağın neft həcmi 22 milyard bareldir.

Qeyd edək ki, ötən gün İran Prezidenti Həsən Ruhani İranda 53 milyard barel nefti olan yeni neft yatağının aşkarlandığını elan etmişdi.
banner

Oxşar Xəbərlər