İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
Aprelin 12-də səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub.
AZƏRTACTehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadən xəbər verir ki, 4 bal gücündə olan zəlzələ Təsuc şəhəri yaxınlığında yerin 6 kilometr dərinliyində baş verib.
Dağıntılar barəsində hələlik məlumat verilmir.