• cümə, 19 Aprel, 07:03
  • Baku Bakı 13°C

İranın OPEC-dəki rəsmisi: Neftin qiyməti Trampa görə 100 dollara qədər arta bilər

06.07.18 11:40 457
İranın OPEC-dəki rəsmisi: Neftin qiyməti Trampa görə 100 dollara qədər arta bilər
Amerika prezidenti Donald Tramp İrana qarşı sanksiyalar tətbiq edəcəyi və onun neft ixracını məhdudlaşdıracağı təqdirdə, neftin bir barelinn qiyməti tez bir zmanda 100 dollar həddinə çata bilər.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın OPEC-dəki nümayəndə heyətinin rəhbəri Hüseyn Kazimpur Ərdəbili "Reuters"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, öz növbəsidə Trampı neft qiymətlərinin yüksək olmasının maraqlı olan Rusiya və Səudiyyə Ərəbistanının girovu edəcək.
"Bütün dünya istehlakçılarının neft, xüsusilə də ABŞ-da benzinə görə artıq pul ödəmələrinə görə məsuliyyət bütövlüklə sizin üzərinizə düşür, cənab Donald Tramp. Və siz tezliklə neftin 100 dollara olduğunu görəcəksiniz",- deyə o əlavə edib.
banner

Oxşar Xəbərlər