• çərşənbə axşamı, 16 aprel, 16:40
  • Baku Bakı 19°C

İranın nüvə haqqı rəsmi olaraq tanındı?

25.11.13 09:48 1328
İranın nüvə haqqı rəsmi olaraq tanındı?
“İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşma ilə ölkəmizin nüvə haqqı rəsmi olaraq tanınıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani noyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran xalqına qarşı hörmət bumunun müsbət nəticə verəcəyini anlayan dünya təhdidin heç bir işə yaramayacağı qənaətinə vardı: “Biz İranla dostluğun tərəfdarı olan ölkələr arasında etimad mühiti yaratmaq istəyirik. Ancaq düşmən özünün yanlış təbliğatı ilə İranofobiyanın yayılmasına çalışır. Qarşılıqlı etimad mühitini yaratmaq üçün uzun yol qət etmək lazımdır. Mənim başında olduğum hökumətin şüarı dünya ilə qarşılıqlı anlaşmadır”.
H.Ruhani deyib ki, İran torpaqlarında uranın zənginləşdirilməsi prosesi əvvəlki kimi davam etdiriləcək: “Razılaşmaya əsasən, Nətənz Fordo, Ərak, İsfahan və Bəndər Abbas nüvə obyektləri 6 ay müddətində fasiləsiz olaraq fəaliyyət göstərəcəklər. Bundan əlavə, BMT ilə yanaşı, ABŞ və Avropa Birliyi də birtərəfli sanksiyaları müzakirələr müddətində addım-addım aradan qaldıracaqlar. Razılaşmanın 6 aylıq olmasına baxmayaraq, qarşıdakı müzakirələr son ola bilər”.
İran prezidenti ölkəsinin heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha bəyan edib.
Qeyd edək ki, H.Ruhani nüvə razılaşmasından sonra İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə məktub yazıb.
banner

Oxşar Xəbərlər