• cümə, 26 Aprel, 09:17
  • Baku Bakı 12°C

İranın müdafiə naziri Azərbaycana səfər edəcək

18.06.14 14:54 889
İranın müdafiə naziri Azərbaycana səfər edəcək
İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya açıqlamasında H. Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib: “Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir”.
banner

Oxşar Xəbərlər