• çərşənbə, 27 Mart, 08:58
  • Baku Bakı 8°C

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib

21.09.19 14:30 549
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiyanın tətbiq edilməsi ABŞ-ın acizliyini göstərir.
AZƏRTACxəbər verir ki, bu sözləri İranın Mərkəzi Bankının İdarə Heyətinin sədri Əbdülnasir Himməti deyib. O bildirib ki, təkrar sanksiya tətbiqi ABŞ-ın İrana qarşı ata biləcəyi addımın qalmadığını göstərir. Əlacsız qalan ABŞ məmurları təkrar sanksiya tətbiq etməkdən başqa bir iş görə bilmirlər.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaların sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən İranın Mərkəzi Bankı sanksiyalar siyahısına düşüb. Halbuki İranın Mərkəzi Bankının adı ötən ildən sanksiya tətbiq edilənlər siyahısındadır.
banner

Oxşar Xəbərlər