AZE | RUS | ENG |

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

Tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub. İran Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək.

Mədəniyyət Günləri çərçivəsində İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112