• cümə axşamı, 18 aprel, 16:14
  • Baku Bakı 22°C

İranın iki şəhərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

01.07.17 13:45 1509
İranın iki şəhərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək
İranın Tehran və İsfahan şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.
Bu barədə "Report"a İranın Naxçıvandakı baş konsulluğundan məlumat veriblər.
İyulun 3-dən 8-dək davam edəcək mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mədəniyyəti və ədəbiyyatına aid olan kitablar, rəsmlər, miniaturlar, o cümlədən Azərbaycan kinoları nümayiş olunacaq. Tədbir çərçivəsində həmçinin Üzeyir Hacıbəylinin "Ər və arvad" musiqili komediyası da nümayiş etdiriləcək.
Tədbir AzərbaycanMədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İrandakı səfirliyi, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
banner

Oxşar Xəbərlər