• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

İranın Ali rəhbəri etirazçılara müraciət edib

18.11.19 11:37 630
İranın Ali rəhbəri etirazçılara müraciət edib
"Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir".
APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Ali rəhbəriAyətullah Əli Xamneyi deyib.
Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyalara toxunan Ali lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: "Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir".
Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələrdəstəkləyir.
BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib.
O qeyd edib ki, qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə, hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq.
Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, ölən və yaralananların olduğu barədə xəbərlər var.
banner

Oxşar Xəbərlər