• cümə, 29 Mart, 06:09
  • Baku Bakı 5°C

İranın ali dini lideri Qərbə xəbərdarlıq etdi

19.02.15 09:21 1119
İranın ali dini lideri Qərbə xəbərdarlıq etdi
“Qərb iqtisadi sanksiyaları sərtləşdirəcəyi təqdirdə, Tehran neft və qaz tədarükünü məhdudlaşdıra bilər”.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneyi deyib.
Onun sözlərinə görə, təbii qaz Avropa və bütün dünya üçün çox vacibdir: “İran isə bunlara sahibdir və lazım bilsə, bu vasitədən sanksiya şəklində istifadə edə bilər. Əgər Qərbin təzyiqlərinə müqavimət göstərməsək, onda nüvə proqramı ilə bağlı yeni məhdudiyyətlər, yeni sanksiyalar irəli sürüləcək”.
Xatırladaq ki, İran sutkada 2,7 milyon barel neft və 600 milyon kubmetr qaz hasil edir.
Ötən həftə Avropa İttifaqı İran Milli Tanker Şirkətinə və biznesmen Hüseyn Qolpərvərə qarşı sanksiyaları bərpa edib.
banner

Oxşar Xəbərlər