• cümə, 26 Aprel, 17:57
  • Baku Bakı 23°C

İranın agent şəbəkəsi belə çökdürüldü - VİDEO

13.10.21 21:35 426
İranın agent şəbəkəsi belə çökdürüldü - VİDEO
Türkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.
Kaspi.az haberler.com-a istinadən xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmağı planlaşdırıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Agentlər bu büdcə ilə Türkiyə vətəndaşlarının da iştirakı ilə dəstə qurublar.
MİT İran kəşfiyyatçılarının keçmiş hərbçini qanunsuz yolla ölkələrinə keçirmək üçün Vanda 30 min dollarlıq büdcə ilə şəbəkə yaratmağa cəhd etdiklərini də müəyyənləşdirib.
Məlumatda bildirilib ki, Vanda müvəqqəti qeydiyyatda olan keçmiş hərbçinin qaçaq yolla keçirilməsinə dəstək üçün iranlı kəşfiyyatçıların verdiyi təlimat üzrə onun həyat yoldaşına təzyiq də göstərilib.
Belə ki, keçmiş hərbçinin həyat yoldaşına İrana keçirilməsinə yardım etməsi üçün 10 min dollar pul təklif edilib, dəstək verməyəcəyi təqdirdə isə İrandakı ailəsinə zərər veriləcəyi bildirilib.
banner

Oxşar Xəbərlər