• çərşənbə axşamı, 19 mart, 11:00
  • Baku Bakı 8°C

İrandan sərt bəyanat: Terrorçuların Avropada cinayət törədmədikcə qara siyahıya daxil edilməməsi qəbuledilməzdir

23.09.18 11:22 324
İrandan sərt bəyanat: Terrorçuların Avropada cinayət törədmədikcə qara siyahıya daxil edilməməsi qəbuledilməzdir
Niderland, Danimarka səfirləri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı İran XİN-ə çağırılıblar.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, üç ölkənin nümayəndəsi Əhvazda baş verən terror aktında əli olan terror qruplaşmalarının üzvlərinin həmin ölkələrdə gizlədilməsi ilə bağlı İranın mövqesi ilə bağlı məlumatlandırılıblar.
Qeyd olunur ki, İran terrorçuların həmin ölkələrdə olduğunu bir daha nəzərə çatdırıb və onların həbs və mühakimə etməyə çağırıb.
"Avropa İttifaqının bu terror qruplaşmalarının üzvlərinin Avropa ərazisində cinayət törədmədikcə qara siyahıya daxil etməməsi qəbuledilməzdir", - deyə İranın XİN-in rəsmi nümayəndəsi əhram Kasemi bildirib.
banner

Oxşar Xəbərlər