• cümə axşamı, 25 aprel, 21:18
  • Baku Bakı 21°C

İrandan quş əti məhsullarına qadağa

22.06.15 17:01 2026
İrandan quş əti məhsullarına qadağa
“İran ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar olaraq, Mazandaran vilayətindən Azərbaycana quş ətinin, quş əti məhsullarının, eləcə də bir günlük cücə və damazlıq yumurtanın gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub”.
Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova sərəncam imzalayıb. Aidiyyətiqurumlara xəstəliyin ölkəmizə keçirilməsinin qarşısı alınması üçün tapşırıqlar verilib: “Eləcə də iş adamlarına, ayrı-ayrı dövlət qurumlarına bu barədə məlumatlar verilib”.
banner

Oxşar Xəbərlər