• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb

26.09.17 10:55 1283
İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir ədəd bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.
Xatırladaq ki, ritalin (metilfenidat) adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in Siyahısına daxildir və 4 ədəd həbdə metilfenidatın təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir.
Metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və həbin 1/2 miqdarında olan qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər