AZE | RUS | ENG |

İrandan Cənubi Koreyaya neft ixracı dayandırılmayacaq

İrandan Cənubi Koreyaya neft ixracı dayandırılmayacaq
Cənubi Koreya İran neftinin ən böyük müştərilərindən biridir. Bu ölkəyə neft ixracı sıfıra enməyəcək.

Trend-in məlumatına görə, bunu İran və Cənubi Koreya Ticarət və Energetika Palatasının rəyasət heyətinin üzvü Kiya Kiyani deyib.

Onun sözlərinə görə, sanksiyalarda ən ciddi məsələ İran neftinin satın alınmasını sıfıra endirmək idi. Cənubi Koreya bundan öncəki sanksiyalarda ABŞ-ın Xəzinədarlıq Departamentindən icazə almışdı və gündə İrandan təxminən 180 min barel neft satın alırdı.

Kiyani İranın bu dövrdə iki sanksiya mexanizmi ilə üzləşdiyini deyib: 1-ci mexanizm neft məhsuluna, 2-cisi isə neft ödəmələrinə sanksiyanın tətbiq olunmasıdır: "Cənubi Koreya gündəlik təxminən 2,9-3,2 milyon barel neft isifadə edir. Çünki sənaye və ixracat ölkəsidir. Hərtərəfli Birgə Fəaliyyət Planından sonrakı dövrdə Cənubi Koreyanın ehtiyacının 400 min bareli İran tərəfindən təmin olunurdu. Onlar bu həcmi 700-900 min barelə artırmaq niyyətindədirlər".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9349
GEL 1 1 Gürcüstan larisi 0.6381
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1519
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1879
CHF 1 1 İsveçrə frankı 1.7131
KWD 1 1 Küveyt dinarı 5.5916
TRY 1 1 Türkiyə lirəsi 0.3187