• çərşənbə, 24 Aprel, 22:12
  • Baku Bakı 23°C

İrandan Azərbaycana gətirilən 17 tondan artıq kividə zərərli orqanizmlər aşkarlanıb

17.10.18 13:00 414
İrandan Azərbaycana gətirilən 17 tondan artıq kividə zərərli orqanizmlər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal olunan 17.2 ton kiviyə fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulların bir hissəsində zərərli orqanizm olduğu aşkar edilib.
AQTA-dan Trend-ə verilən məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən tut qalxanlı yastıcası (Pseudolaspis pentagona Targ.) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələri nəticəsində, kivinin karantin zərərli orqanizmə sirayətlənməsi müəyyən edilib. Bu səbəbdən zərərli orqanizmlə sirayətlənmiş məhsullar seçilərək dövriyyədən çıxarılıb və AQTA əməkdaşları tərəfindən Sumqayıt Məişət tullantıları poliqonunda məhv edilib.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.
banner

Oxşar Xəbərlər