• cümə, 29 Mart, 05:37
  • Baku Bakı 7°C

İrandakı səfirimiz: “Qətiyyətlə inanırıq ki...”

27.01.14 12:02 1252
İrandakı səfirimiz: “Qətiyyətlə inanırıq ki...”
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib.
Səfir deyib ki, Azərbaycan 2013-cü ilin iyununda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor konfransına ev sahibliyi edib. Eyni zamanda tədbirdə Fələstin dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsi təsis edilib. Konfransda iştirak edən İƏT-ə üzv ölkələr və beynəlxalq təşkilatlar Fələstin iqtisadiyyatına, səhiyyə və təhsil sisteminə yardım və infrastruktur layihələrinin başa çatdırılması üçün maliyyə öhdəlikləri ilə bağlı çıxış ediblər. Fikrimizcə, bu konfrans yalnız fələstinlilər üçün deyil, bəlkə də bütün müsəlman dünyası üçün vacibdir. Azərbaycan həmişə beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyib. Biz bu məsələ ilə bağlı güclü və dəyişilməz mövqeyimizi saxlamışıq. Fələstinin UNESCO-da tamhüquqlu üzv, BMT-də isə bir müşahidəçi dövlət kimi qəbul olunması tarixi mərhələdir. Bizim dövlətimiz hər iki məsələni də dəstəklədi. Qətiyyətlə inanırıq ki, yaxın gələcəkdə Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinin şahidi olacağıq”.
banner

Oxşar Xəbərlər