İrandakı ixtişaşlarda SEPAH-ın 3 üzvü həlak olub
İranda
baş verən iğtişaşlar zamanı İran İslam Respublikasının Keşikçilər Korpusunun
(SEPAH) üç üzvü həlak olub.
Bu barədə
"Al Jazeera” telekanalı SEPAH-a istinadən xəbər verib.
İnsidentin
ölkənin şimal-qərb bölgəsində silahlı şəxslərlə atışma nəticəsində baş verdiyi
bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.