AZE | RUS | ENG |

İranda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub

İranda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub
Bu səhər Tehran yaxınlığında qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı 16 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Bişkek şəhərindən İranın Kərəc şəhəri yaxınlığındakı "Payəm” hava limanına uçan "Boing -707” tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində evlər dağılıb. Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub. Təyyarənin pilotu xilas ola bilib.

Qeyd edək ki, təyyarənin düşdüyü ərazi şəhər kənarı olduğu üçün burada çox sayda bağ evləri var.

Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər gəlib.

Təyyarənin Qırğızıstana məxsus olduğu bildirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219