• çərşənbə, 24 Aprel, 01:39
  • Baku Bakı 14°C

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

18.02.18 12:19 508
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb
İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandanhavaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 66 nəfər var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlarqəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb.
banner

Oxşar Xəbərlər