• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

İranda prezidentlik uğrunda bu 8 nəfər mübarizə aparacaq

22.05.13 08:43 1671
İranda prezidentlik uğrunda bu 8 nəfər mübarizə aparacaq
İran Daxili İşlər Nazirliyi bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək hüquq qazanmış namizədlərin siyahısını mətbuatda dərc etdirib.
APA-nın məlumatına görə, siyahıya İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Negəhban) mayın 21-də açıqladığı namizədlərin adları daxildir.
İran Konsitusiyasına Nəzarət Şurası prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş 686 nəfərdən yalnız 8-ni XI prezident seçkilərinə buraxıb.
Bunlar İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İran parlamentinin sabiq spikeri, ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, sabiq vitse-prezident Məhəmmədrza Arif və keçmiş poçt və teleqraf naziri Məhəmməd Qərazidir.
İran Konsitusiyasına Nəzarət Şurası İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani və İran prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayinin namizədliyini təsdiqləməyib.
banner

Oxşar Xəbərlər