• cümə, 29 Mart, 03:54
  • Baku Bakı 7°C

İranda parad zamanı törədilən terror aktı ilə bağlı 22 nəfər saxlanılıb

25.09.18 11:00 501
İranda parad zamanı törədilən terror aktı ilə bağlı 22 nəfər saxlanılıb
İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı 28 nəfərin ölümü ilə nəticələnmiş terror aktında əli olan 22 nəfəri saxlayıb.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, nazirlik terror aktı ilə əlaqəli olan beş nəfərdən ibarət terror qrupunu müəyyənləşdirməyə müvəffəq olub. Bundan əlavə, terror hücumunda əli olmaqda şübhəli bilinən 22 nəfər saxlanılıb.
Bəyanatda həmçinin qeyd olunur ki, saxlanılan şəxslərdən partlayıcı maddələr, silah və rabitə vasitələri götürülüb.
banner

Oxşar Xəbərlər