İranda növbəti dəfə zəlzələ baş verib

İranda növbəti dəfə zəlzələ baş verib

Təfsilat
17 Aprel 2013, 14:03 1211
A İranın Sistan və Bəlucistan vilayətində bu gün ikinci dəfə zəlzələ baş verib.

APA-nın İran Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ yerin 80 km dərinliyində baş verib və episentri yenə Sərvan şəhəri olub.

Vilayətin Fövqəladə Hallar Komissiyasının sədri Rza Ərbabi bildirib ki, bu gün baş verən 2 zəlzələ nəticəsində tələfat olmayıb, dünənki zəlzələdən zərərçəkənlər üçün 400 çadır qurulub.

Qeyd edək ki, İranın Sistan və Bəlucistan vilayətində dünən yerli vaxtla saat 10:44-də 7,5 bal gücündə baş verən zəlzələnin episentri Sərvan şəhəri olub. Bunun son 40 ildə İranda ən güclü zəlzələ olduğu bildirilir. Vilayətin valisi Mahmud Miri bildirib ki, dünənki zəlzələ nəticəsində yalnız 1 qadın dağdan tökülən daşların altında qalaraq ölüb, 5 nəfər yaralanıb.