İranda güclü zəlzələ: yüzlərlə insanın öldüyü bildirilir - Yenilənib

İranda güclü zəlzələ: yüzlərlə insanın öldüyü bildirilir - Yenilənib

Təfsilat
16 Aprel 2013, 14:53 1666
İran İslam Respublikası ərazisində güclü zəlzələ baş verib. APA-nın xəbərinə görə, zəlzələnin episentrinin İran-Pakistan sərhədinə təsadüf etdiyi və 8 bal gücündə olduğu bildirilir.

Təkanlar bütün Fars Körfəzi ölkələrində və Hindistanda da hiss edilib. ABŞ Geoloji Xidməti (USGS) zəlzələdən bir qədər sonra təkanların 7,8 bal, İran tərəfi isə 7,5 bal gücündə olduğunu açıqlayıb.

İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.

Pakistanda da dağıntılar var. Ən azı 1200 evin dağıldığı barədə xəbərlər gəlir.