AZE | RUS | ENG |

İranda daha bir zəlzələ: dağıntılar və xəsarət alanlar var

İranda daha bir zəlzələ: dağıntılar və xəsarət alanlar var
İranın cənubunda 6,2 bal gücündə zəlzələ baş verib

İranın cənubunda Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə Hörmüzqan əyalətinin Başaqard şəhərində baş verən zəlzələ nəticəsində 70 kəndə ziyan dəyib, 15 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı məlumat verib. Ötən gecə İranın cənubunda Hörmuzqan əyalətinin Başaqard şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra həmin bölgədə 8 dəfə 4,5 - 4,9 bal gücündə zəlzələlər qeydə alınıb. İranın Hörmüzgan əyalətinin rəhbəri İbrahim Əzizi bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb və yaralılardan birinin vəziyyəti ağırdır. Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir və qısa zaman ərzində dəymiş ziyanın aradan qaldırılması üçün işlər başlayacaq. Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib. İranda 6,2 bal gücündə zəlzələ olub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311