• şənbə, 20 Aprel, 09:54
  • Baku Bakı 14°C

İranda buğda əkini sahələri 1,5% artıb

25.11.18 10:00 722
İranda buğda əkini sahələri 1,5% artıb
Cari ildə (21 mart 2018-dən başlayaraq) ötən illə müqayisədə İranda buğda əkini sahələri 1,5% artıb.
Trend-in məlumatına görə, bu sözləri Gənc Jurnalistlər Klubu (YJC) müsahibədi zamanı İranın Kənd Təsərrüfatı Nazirliyinin Buğda Planı icraçısı İsmayıl İsfəndiyaripur deyib.
Onun sözlərinə görə, son statistikalara əsasən 23 sentyabrdan indiyədək 4 milyon 210 min hektar sahədə buğda əkilib. Onun 1 milyon 120 min hektarı süni suvarma əkin sahələri, 3 miyon 90 min hektarı isə dəmyə əkinçiliyi sahələrinə (dry farming) aiddir. Süni suvarma əkin sahələrində ötən illə müqayisədə 7% azalma olsa da, dəmyə əkinçiliyi sahələrində 5% artım olub.
İsfəndiyaripur əlavə edib: "İndiyədək vilayətlərdə buğda əkini proqramının 73%-i yerinə yetirilib. Münasib əkin şəraiti və yağıntılara əsasən dördüncü il ardıcıl olaraq iin sonunadək buğda istehsalında İranın özünü təmin edəcəyi proqnoz edilir".
banner

Oxşar Xəbərlər