AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranda baş verən zəlzələdə 36 nəfər xəsarət alıb

İranda baş verən zəlzələdə 36 nəfər xəsarət alıb

Təfsilat
23 Fevral 2020, 15:30 719
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində baş verən zəlzələdə 36 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, yaralılardan 12 nəfəri xəstəxanaya aparılıb.
Xaledi əlavə edib ki, zəlzələ nəticəsində 25 kəndə ziyan dəyib.
Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.