• şənbə, 27 Aprel, 04:30
  • Baku Bakı 14°C

İranda ana dilində təhsil tələb edən 10 yaşlı qız azadlığa buraxılıb

24.02.14 17:45 1057
İranda ana dilində təhsil tələb edən 10 yaşlı qız azadlığa buraxılıb
Ana dilində təhsil tələb etdiyinə görə həbsə alınmış 10 yaşlı azərbaycanlı qız azadlığa buraxılıb.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Fatimə Məhdəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən fevralın 21-də tutulub.
Həmin gün sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Ancaq ETTELAAT əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub. Bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvi və başqa azərbaycanlı fəallar tutulub.
ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir neçə soydaşımız yaralanıb. Belə ki, valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb. Həmid Manafi Nadarlı (Erkin Nadarlı) başından güclü zərbə alaraq qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb. Bundan başqa, başından ağır zərbə almış Əlirza Fərşinin də vəziyyəti ağırdır. Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb.
banner

Oxşar Xəbərlər