• şənbə, 27 Aprel, 04:59
  • Baku Bakı 14°C

İranda alkoqoldan 4 nəfər öldü, 9 nəfər komaya düşdü

01.06.13 08:10 1439
İranda alkoqoldan 4 nəfər öldü, 9 nəfər komaya düşdü
İranın Kerman vilayətində keyfiyyətsiz spirtli içki qəbul etdikdən sonra baş vermiş alkoqol zəhərlənmədən ən azı 4 nəfər ölüb, 300-dən çox insan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
APA-nın məlumatına görə, vilayətin tibbi xidmətinin nümayəndəsi Həmid Nəcməddinin sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərdən 9 nəfər zəhərlənmədən kor olaraq koma vəziyyətinə düşüb. Onun sözlərinə görə, zəhərlənənlərin hamısı yaşı 27-dək olan gənclərdir.
Qeyd edək ki, 1979-cu ildən (İslam inqilabından sonra) İranda, şəriət qaydalarına əsasən, spirtli içkilərə qadağa tətbiq edilir.
banner

Oxşar Xəbərlər