• cümə, 26 Aprel, 11:12
  • Baku Bakı 12°C

Körpə üçün ən yaxşı qida ana südüdür

10.11.19 16:30 1008
Körpə üçün ən yaxşı qida ana südüdür
Körpə, ilk növbədə, yalnız və yalnız ana südü ilə qidalanmalıdır. Lakin bəzən analar körpənin rasionunu əlavə qidalarla zənginləşdirmək istəyirlər.
Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə MəmmədovaAZƏRTAC-a deyib: "Uşaqlar ilk ayda yalnız ana südü, 2 yaşına qədər isə qismən ana südü ilə qidalanmalıdır. Təəssüf ki, bəzi analar müxtəlif səbəblərlə əlaqədar olaraq körpələrə süni qidalar da verməyə çalışırlar”.
Onun dediyinə görə, süni uşaq qidalarından çox istifadə edilməsi körpələrdə vitamin çatışmazlığına səbəb olur: "Uşaqları inək və keçi südü kimi yanlış qidalarla qidalandırmaq bir tərəfdən onların tələbatını ödəmir, digər tərəfdən tərkibində qida inqridiyentləri kifayət qədər olmur. Ona görə həm uşaq, həm də bəzən yetkin yaşlarda bəzi xəstəliklərin meydana çıxmasına səbəb olur”.
Süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartlara, sanitar-gigiyena qaydalarının norma və tələblərinə cavab verməlidir. İstehlakçılar həmin məhsulların yararlılıq müddəti, keyfiyyət sertifikatı və qablaşdırmanı yoxlamalı, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar.
"Ana südünə oxşar” və ya "ana südünün əvəzedicisi” ifadələrinin yazılması yolverilməzdir, çünki ana südü tərkibinə görə unikaldır.
banner

Oxşar Xəbərlər