İranda 36 azərbaycanlı fəal həbs olundu
APA-nın “Oyannews”a istinadən məlumatına görə, onlar Səhənd dağlarının yamaclarına getmək niyyətində olublar. Ancaq azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə ölkənin nizam-intizam qüvvələri (polis) tərəfindən tutulublar. Onların ad və soyadları dəqiqləşdirilir.