• cümə axşamı, 18 aprel, 21:43
  • Baku Bakı 21°C

İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya açılır

14.10.14 13:17 1245
İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya açılır
İzzətullah Zərqami: "Bir neçə gün sonra İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq".
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında deyib.
İ. Zərqami bildirib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, uşaqlar üçün cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Həmçinin bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".
Təşkilat sədri əlavə edib ki, həmin televiziya kanalında Azərbaycanda istehsal olunan faydalı filmlər də nümayiş olunacaq.
İ. Zərqaminin sözlərinə görə, İran “Azərspace-1” peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran Azərspace-1-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".
O, həmçinin qeyd edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.
banner

Oxşar Xəbərlər