• çərşənbə axşamı, 23 aprel, 23:17
  • Baku Bakı 20°C

İrana casusluqda ittiham olunanlara hökm oxunub

05.02.15 07:00 847
İrana casusluqda ittiham olunanlara hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilənlər Faiq Qurbanov 14, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanla bağlı məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.
Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub.
Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
banner

Oxşar Xəbərlər