• cümə, 19 Aprel, 20:24
  • Baku Bakı 24°C

İran öz neftini sata bilmir

10.04.19 13:45 479
İran öz neftini sata bilmir
Artıq beşinci gündür ki, İran enerji birjasına çıxartdığı 1 milyon ton neftini sata bilmir.
AZƏRTACxəbər verir ki, İran neftinin 1 barrelinin qiyməti dünya bazarında 63,36 dollar həcmində müəyyənləşib. Bu da digər ölkələrin neftinin qiymətindən aşağıdır. Hazırda dünya bazarında 1 barrel neftin qiyməti 70 dolları ötüb. Buna baxmayaraq, İran netfinə alıcı tapa bilmir.
İranın Milli Neft Şirkətinin nümayəndəsi Əmir Hüseyni jurnalistlərə bildirib ki, qiymətin aşağı olmasına baxmayaraq artıq 5-ci dəfədir ki, İran birjaya çıxartdığı nefti sata bilmir. Onun sözlərinə görə, satılmayan neft yenidən birjaya çıxarılacaq.
banner

Oxşar Xəbərlər