• çərşənbə axşamı, 23 aprel, 18:21
  • Baku Bakı 20°C

İran Yunanıstandan şikayət edəcək

01.06.18 11:20 605
İran Yunanıstandan şikayət edəcək
İran Futbol Federasiyası Yunanıstanla münasibətləri kəsib.
Kaspi.az xəbər verir ki, İranı narazı salan məqam iyunun 2-də Yunanıstanla planlaşdırılan yoxlama görüşünün təxirə salınması olub. Bu oyun Türkiyədə keçirilməli idi.
Ancaq Yunanıstan Futbol Federasiyası bu qarşılaşmadan imtina edib. İran tərəfi yunanlardan FİFA-ya da şikayət etməyi düşünür.
İran Yunanıstanın kompensasiya ödəməsini tələb edəcək. Federasiyanın açıqlamasında bildirilir ki, yunanların imtinası İranın DÇ-2018-ə hazırlıq planına ciddi təsir edib.
Belə olacağı təqdirdə, İran mundiala qədər yalnız bir yoxlama görüşü keçirəcək. Cənub qonşumuz iyunun 8-də Moskvada Litva ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər