• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

İran yenə də Ermənistanın dadına çatdı

04.11.16 12:18 1304
İran yenə də Ermənistanın dadına çatdı
İllərdir ki, Ermənistan üçün sözün əsl mənasında həyat mənbəyi rolunu oynayan qonşu İran yenə də düşmən ölkəyə yardım əlini uzadıb. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi dəfələrlə rəsmən etiraf edib ki, Tehran onlar üçün "nəfəslik” rolunu yerinə yetirib. Azərbaycanı İsraillə münasibətlər qurmaqda ittiham edən İranın müəyyən dairələri nədənsə Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan, bir milyondan artıq insanı ev-eşiyindən didərgin salan bir dövlət üçün Levon-Ter Petrosyanın ifadə etdiyi kimi, "nəfəslik” rolunu oynamağı özünə rəva bilir. Bu dəfə isə Tehran və Yerevan əlavə qaz idxalı barədə müqavilə imzalayıb.
Yeni müqaviləyə əsasən, Ermənistan İrandan daha çox təbii qaz alacaq. Bu barədə Ermənistanın Energetika, İnfrastruktur və Təbii Ehtiyatlar Nazirliyi məlumat yayıb. Hazırda Ermənistan Rusiyadan ildə 2 milyard kubmetr, İrandan isə 500 milyon kubmetr təbii qaz idxal edir. İran qazı ölkəyə 2008-ci ildə inşa edilmiş kəmər vasitəsilə axır. Bu yaxınlarda Yerevan Tehrandan daha çox təbii qaz alaraq, onu Gürcüstana satmaq planıyla çıxış edib. İran da təklifi razılıqla qarşılayıb. İrandan təbii qazı indiyə qədər Ermənistanın istilik elektrik stansiyası alır, əvəzinə İrana elektrik enerjisi ötürürdü.
Yeri gəlmişkən, İranda səfərdə olan Ermənistan heyəti bu ölkənin neft nazirinin müavini, Milli Qaz kompaniyasının direktoru Həmid Araqi və bu ölkənin qaz ixracı üzrə Milli Kompaniyasının direktoru vəzifəsini icra edən Əli Əmirani ilə görüşüb. Tərəflər iki ölkə arasında qaz sahəsində əməkdaşlıq və qazın Ermənistandan üçüncü ölkəyə tranziti məsələlərini müzakirə ediblər. Nümayəndə heyəti İranın energetika nazirinin müavini Fəlahatiani və onun müşaviri Hayeri ilə də görüşüb. Əsas müzakirə mövzusu elektrik enerjisi mübadiləsinin genişləndirilməsi məsələləri olub. Görüş zamanı Ermənistan, İran və Gürcüstan arasında enerji axınının gücləndirilməsi, eləcə də, yeni infrastrukturların işə düşməsindən sonra İran-Ermənistan-Rusiya-Gürcüstan formatında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Erməni heyəti Ermənistanda külək elektrik stansiyaları inşa edəcək "Mapna” kompaniyasına da təşrif aparıb. Birinci mərhələdə söhbətin ümumi gücü 50 Mbt olacaq stansiyaların inşasından getdiyi vurğulanıb.
Dərhal da erməni mətbuatı aparılan danışıqları və əldə olunan nəticələri Ermənistanın tranzit ölkəyə çevrilməsi kimi qiymətləndirib. Məsələn, inosmi.ru/armworld_am pafosla yazır ki, sənədin imzalanması İran qazının nəqlində Ermənistanın tranzit ölkəyə çevrilməsi istiqamətində ilk hüquqi sənəd olacaq. Nəşr yazır ki, bundan sonra energetika sahəsində Ermənistan-İran əməkdaşlığı həddən artıq əhəmiyyətli, yeni mərhələyə qədəm qoyacaq. "Enerji daşıyıcıları sahəsində mübadilədən sonra hər iki ölkə ticarət münasibətlərinə qədəm qoyacaq. Başqa sözlə ifadə etsək, Ermənistan İran qazını alıb, üçüncü ölkələrə satmaq üçün əlverişli imkanlar əldə edəcək”. Məqalədə daha sonra qeyd edilir ki, hazırda Ermənistan Rusiya qazının hər min kub metrini 150 dollardan alır. İranla əldə olunan razılaşmadan sonra isə bu qiymət 15-20 dollar aşağı düşəcək.
İranla Ermənistanın qaz sövdələşməsi perspektivdə nələri vəd edir? Gəlinən qənaət budur ki, bu dəfə də imzalanan sazişin taleyi əvvəlki dövrlərdə imzalanan sazişlərin taleyi kimi olacaq. İqtisadi çətinliklər və maliyyə böhranı Ermənistana nəinki tranzit ölkə, heç üzərinə düşən öhdəlikləri yerinə yetirməyə imkan verməyəcək. Ortada çoxsaylı faktlar var. İki ölkəni strateji bağlar bağlasa da, iqtisadi şərtlər də nəzərə alınmalıdır. Yəni Ermənistan tərəfi müəyyən layihəni reallaşdırmaq üçün maliyyə sərf etməlidir, bu vəsait isə yoxdur. Serj Sarkisyan hökuməti heç vətəndaşların əmək haqlarını ödəməyə vəsait tapa bilmir. Miqrasiya isə pik həddə çatıb. Sarkisyanın ümidi qalır yenə erməni lobbisinə. Lakin məsələ ondadır ki, onlarla da Sarkisyan rejiminin münasibətləri pisləşib. Məsələn, erməni mətbuatı yazır ki, Serj Sarkisyanla erməni diasporunun təmsilçiləri arasında münasibətlər get-gedə pisləşir. Diaspor qüvvələrinin Ermənistan prezidentinə qarşı fəaliyyəti genişlənir, Sarkisyanın xarici səfərləri etirazlarla qarşılanır. Sonuncu dəfəErmənistan rəhbəri ABŞ-da səfərdə olarkən, diaspor nümayəndələri onun toplantı keçirdiyi binanın qarşısında etiraz aksiyası da keçirib.
Artıq diaspora Sarkisyana qarşı hərəkat da təsis edib. Hərəkatın rəhbəri erməni əsilli ABŞ vətəndaşı, milyarder Vaaqn Ovanisyanın kürəkəni, Ermənistan ordusunun ehtiyatda olan polkovniki Artur Aleksanyandır. Təsis edilən hərəkat "Birləşmiş Ermənistan”adlanır. Artur Aleksanyan bəyan edib ki, hərəkat 2017-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak edəcək. Erməni mətbuatı yazır ki, artıq erməni diasporu açıq şəkildəErmənistanda iqtidardatəmsil olunmaq niyyətini bildirir və "Birləşmiş Ermənistan”adlananyeni hərəkatın yaradılması da bunun real təsdiqidir.Hadisələrin belə inkişafını, yəni Sarskiyanın diaspora ilə münasibətlərinin pisləşməsini isə erməni xalqı ona bağışlamayacaq.
Azər
banner

Oxşar Xəbərlər