• cümə, 29 Mart, 16:31
  • Baku Bakı 14°C

İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub

26.10.16 13:05 788
İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub
Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizindibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranXarici İşlər Nazirliyiaçıqlama verib.Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb.

İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
banner

Oxşar Xəbərlər