• cümə, 29 Mart, 14:35
  • Baku Bakı 14°C

İran XİN: Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq

22.03.19 18:00 491
İran XİN: Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq
İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qolan yüksəklikləri ilə bağlı bəyanatını pisləyib.
Trend-in məlumatına görə, XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi bildirib ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıması qanunsuz və qəbuledilməzdir və həmin ərazinin Suriyaya məxsus olması faktını dəyişə bilməz:
"Qolan yüksəklikləri BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən də Suriyanın bir hissəsidir. Trampın düşünülməmiş qərarları Yaxın Şərqdə növbəti böhrana yol açacaq".
Qeyd edək ki, D.Tramp "Twitter" səhifəsində Birləşmiş Ştatların Qolan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımasının vaxtı gəlib çatdığını yazıb.
banner

Oxşar Xəbərlər