• şənbə, 27 Aprel, 08:05
  • Baku Bakı 12°C

İran XİN rəsmisi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb

21.05.18 15:16 426
İran XİN rəsmisi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb
"Terrorizm mövcud olduqca, rəsmi Dəməşq istədikcə, İranSuriyada qalacaq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranXarici İşlər Nazirliyinin sözçüsüBəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.
Rusiyanın istəyi ilə əcnəbi qüvvələrinSuriyadan çıxmasına dair yayılan məlumatlara münasibət bildirən B. Qasımi qeyd edib ki, heç kim İranı hansısa işi görməyə məcbur edə bilməz: "Suriyahökumətinin icazəsi olmadan həmin ölkəyəgirənlərSuriyanı tərk etməlidir”.
Hərtərəfli Birgə Fəaliyyət Planını razılaşdıran ölkələr arasındaİranın nüvə proqramı ilə bağlı müzakirələrin olacağı ilə bağlı yayılan məlumatlara gəldikdə isə B.Qasımibildirib ki, bu kimi məlumatların yayılmasının məqsədi çaşqınlıq yaratmaqdır: "Almaniya qəzetində çap olunan məlumat yalandır vəbizim Hərtərəfli Birgə Fəaliyyət Planından başqa heç bir müzakirəmiz olmayacaq.Avropa ölkələrinin rəhbərləriyüksək intellekt sahibidir vəİranla hansı məsələləri müzakirə edəcəklərini yaxşı bilirlər. Gələn həftənin cümə günü HBFP-nin müştərək komissiyasının iclası keçiriləcək. ABŞ sazişdən çıxdıqdan sonra bu ilk görüş olacaq.Görüş İranın istəyi ilə keçirilir vəbizi maraqlandıran məsələlər haqqındamüzakirə aparılacaq.”
O qeyd edib ki, ABŞHBFP-dən birtərəfli çıxmaqla dünyaya etibarlı tərəfdaş olmadığını göstərib: "Beynəlxalq razılaşmadan çıxmaq və digər şərtlər irəli sürərək müzakirələrə yenidən başlamaq istəməsi utancvericidir. Bunu düşünmək belə qəbulolunmazdır. İranın ABŞ-la bağlı mövqeyi şəffaf olub. Xəbərlərdə HBFP-nin yerinə yeni proqramın hazırlanacağı ilə bağlı yayılan məlumatlar əsassızdır”.
ABŞ-la Şimali Koreya arasındakı müzakirələrə gəldikdə İran XİN sözçüsü bildirib ki, Tehran dünyanın hər yerində sülh və sabitlik tərəfdarıdır.
banner

Oxşar Xəbərlər