• cümə, 29 Mart, 01:23
  • Baku Bakı 7°C

İran XİN rəhbəri: “Raket sınağı BMT TŞ-nin qətnaməsini pozmur”

01.02.17 10:20 688
İran XİN rəhbəri: “Raket sınağı BMT TŞ-nin qətnaməsini pozmur”
Fransanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib.APA-nın Tehran bürosunun məlumatına görə, nümayəndə heyətinə siyasi və iqtisadi sahələri təmsil edən 60-dək nümayəndə daxildir.
Ötən gün Tehranda Fransa və İranın müştərək iqtisadi komissiyasının iclası keçirilib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında fevral ayında İran və Fransanın birgə istehsal etdiyi ilk avtomobilin satışa çıxarılacağını bildirib: "Məqsədimiz İran və regiondakı avtomobil bazarları ilə rəqabət aparmaqdır. Birgə avtomobilin istehsalı ilə həm iş yerləri yaradıldı və həm də avtomobil istehsalı sahəsində texnologiya ölkəyə gətirildi. Bu həm İranın, həm də Fransanın xeyrinədir”.
M.C.Zərif İran və Fransa arasında elmi, texniki, ətraf mühit,havalimanının tikintisi, sürətli qatarların istehsalı, yol tikintisi, "Air Bus” təyyarələri, nüvə elmi və texnologiyası sahəsində əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb.
O deyib ki, iki ölkə korrupsiya və terrorizmlə mübarizə sahəsində də əməkdaşlıq edəcək.
M.C.Zərif İranın raket sınağı keçirməsi ilə bağlı bu testlərin nüvə sazişi ilə heç bir əlaqəsinin olmadığını bildirib.
İran XİN rəhbəri qeyd edib ki,BMTTŞ-nin 2231-ci qətnaməsində İranın ballistik raketləri ilə bağlı heç bir müddəa əks olunmayıb və İslam Respublikası bu qətnamənin təsdiq olunduğu vaxt öz mövqeyini açıq şəkildə elan edib. "Bu qətnamədə nüvə başlığı daşıya bilən ballistik raketlərdən söhbət gedir. Biz isə elan etmişik ki, bizim ballistik raketlərimiz nüvə başlığı daşıma qabiliyyəti üçün layihələşdirilməyib. Bizim raketlər İslam Respublikasını qanuni şəkildə müdafiə edə biləcək normalara uyğun başlıqlar daşıyır və 2231 saylı qətnamədən kənara çıxmır”.
Fransalı nazir Jan-Mark Eyro İrana səfərini önəmli adlandırıb və deyib ki, bu səfər İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri zamanı prezidentlər arasında razılaşdırılıb. O, səfər çərçivəsində İranın özəl şirkət nümayəndələri ilə də görüşdüyünü bildirib.
"Hərtərəfli Birgə Fəaliyyət Planı göstərdi ki, diplomatiya uğur qazana bilir. Fransa bu planın icrasında maraqlıdır. İstəyirik ki, planın icrasında tam şəffaflıq yaransın və ümid edirik ki, HBFP-ni sual altına ala biləcək məsələlərlə mübarizə üçün çıxış yolu tapılacaq”.
O, İran və Fransanın təhlükəsizlik sahəsində və regional əməkdaşlıqda birgə iş apara biləcəyini qeyd edib: "Biz bu səfər çərçivəsində insan haqları ilə bağlı da danışıqlar apardıq”.
Fransalı nazir ABŞ-ın bəzi müsəlman ölkələrinə viza verilməsinin dayandırması ilə bağlı qeyd edib ki, terrorizmlə mübarizə bəhanəsi ilə Amerikanın birtərəfli mövqeyi və viza verilməsinin dayandırması narahatçılıq doğurur. "Düşünürük bu uyğun seçim deyil”, - deyə Jan-Mark Eyro qeyd edib.
banner

Oxşar Xəbərlər