• cümə axşamı, 25 aprel, 12:46
  • Baku Bakı 23°C

İran XİN rəhbəri Azərbaycana səfər edəcək

14.03.18 10:10 419
İran XİN rəhbəri Azərbaycana səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Qazaxıstana səfər edəcək.
Trend-in verdiyi xəbərə görə, bu barədə İRNA agentliyi İran XİN-in mətbuat katibi Bəhram Qasımiyə istinadla məlumat yayıb.
Bakıda Zərif Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək.
Daha sonra o İran, Rusiya və Türkiyə XİN başçılarının üçtərəfli sammitinə qatılmaq üçün Astanaya yollanacaq.
banner

Oxşar Xəbərlər