• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

İran XİN rəhbəri: “ABŞ nüvə razılaşmasını pozmağa çalışır”

13.01.18 09:20 584
İran XİN rəhbəri: “ABŞ nüvə razılaşmasını pozmağa çalışır”
ABŞ-ın hərəkətləri İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib.
APA-nın xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter”də yazıb.
"Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Xüsusilə, sazişin 26,28 və 29-cu bəndlərini. Hərtərəfli Birgə Fəaliyyət Planına yenidən baxıla bilməz. Eyni ifadələri təkrarlamaq əvəzinə ABŞ sazişə riayət etmə yolunu tutmalıdır", nazir yazıb.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də planBMTTəhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
banner

Oxşar Xəbərlər