• cümə, 26 Aprel, 10:15
  • Baku Bakı 12°C

İran XİN Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pisləyib

07.12.17 00:20 965
İran XİN Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pisləyib
İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.
APA-nın Tehranbürosunun məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.
Bəyanatda bildirilib ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir.
"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusiləBMT-nin Fələstinin və Qüdsün işğalına son qoymaq üçün, eləcədə Fələstin xalqının əsaslı hüquqlarının təmini məsuliyyətini dərk etməyə çağırır", bəyanatda deyilir.
banner

Oxşar Xəbərlər